21.09.2018

Maarifləndirici tədbir

Sentyabrın  21-də Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.

Tədbirdə Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Şəki Rayon Prokurorluğunun əməkdaşları,  həmkarlar komitəsinin nümayəndələri, məktəbin müəllimləri və X, XI sinif şagirdləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova şagirdlərin zərərli vərdişlərdən uzaq olmaları üçün aparılan maarifləndirici söhbətlərin əhəmiyyətindən, bu tədbirin artıq 2014-cü ildən başlayaraq Şəkinin bütün ümumi təhsil məktəblərində mütəmadi keçirilməsindən danışıb. Yeni  tədris ilində də müvafiq maarifləndirici tədbirlərin keçirilməsinin planlaşdirildiğını vurğulayıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar”, Şəki rayon prokuroru Elmar Camalov “Dini radikalizimə qarşı mübarizə hər birimizin borcudur” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.

Sonra Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin direktoru Söhbət Salmanov  rəhbərlik etdiyi məktəbdə belə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu  vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirib. O, məktəbin nailiyyətlərindən qarşıda duran məqsəd və vəzifələrdən də söhbət açıb.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, perspektiv addımlar müəyyənləşdirilib.

 


Açar sözlər: ,