17.09.2018

İlk dərs məşğələləri vətənpərvərlik mövzularına həsr olunub

Rayon ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

Dərslər ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv mahiyyət daşımasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter almasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissi formalaşdırılmasının pedaqoji kollektivlər tərəfindən prioritet vəzifə olaraq qəbul edilməsinə etibarlı zəmin yaratmaq məqsədi ilə Azərbaycan Respublikası təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmri"nə əsasən bütün respublika ümumi təhsil müəssisələrində keçirilib.

 


Açar sözlər: ,  ,  ,  ,