17.09.2018

Şəkinin Baş Zəyzid kəndində yeni məktəb binasının açılışı olub

Sentyabrın 17-də Şəki  rayonu Baş Zəyzid kənd  tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Açılış mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Cavanşir Feyziyev, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib. Elxan Usubov son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Bilik günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan  Firudin Qurbanov son illər ölkəmizdə çoxlu sayda məktəb binalarının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb. Təhsil sahəsində qazanılan uğurlardan söz açan nazir müavini yeni tədris ilində qarşıda duran vəzifələri də qeyd edib.

Millət vəkili Cavanşir Feyziyev məktəb binalarının əsaslı təmir olunmasının, müasir standartlara uyğun təhsil müəssisələrinin istifadəyə verilməsinin önəmini qeyd edib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Məlumat üçün qeyd edək ki, məktəb 624 şagird yerlikdir. Məktəbin tikintisinə 2017-ci ilin dekabr ayından başlanılıb. Sahəsi 2.5 hektarlıq ərazidə yerləşən məktəbin 25 otağı, 6 labaratoriyası, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti və  idman zalı vardır.

 


Açar sözlər: ,