11.09.2018

Yeni tədris ilində  Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki məktəblərdə 27481 şagird təhsil alacaq

Yeni tədris ilində Şəki Şəhəri Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 27481 şagird təhsil alacaq.

Şəki Şəhəri Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 2471-dən çox,  IX sinfində 1998, XI sinfində  1660 şagird təhsil alacaq.

Rayonun 21 ümumi təhsil müəssisəsində 123 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.. 2018-2019-ci tədris ilində 5 yaşlıların 75 faizi məktəbəhazırlığa cəlb ediləcək.

2018-2019-ci dərs ilində 21 məktəbdə 30 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda rayonumuzun 7, 2, 9 nömrəli tam orta  məktəb binalarında əsaslı təmir-bərpa işləri aparılib. Yeni tədris ilində Baş Zəyzid kəndində 624 nəfərlik yeni məktəb  istifadəyə veriləcək.

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və  2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,  ,