04.09.2018

Şəkidə ali məktəbə yüksək balla daxil olan məzunlarla görüş keçirilib

Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov “Marxal” istirahət mərkəzində Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 600-dən yuxarı bal toplayan məzunlarla görüşü keçirilib. Görüşdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, təhsil şöbəsinin digər işçiləri, direktorlar, valideynlər və rayonun digər vəzifəli şəxsləri iştirak ediblər.

Məzunları təbrik edən E.Usubov onlara tələbəlik həyatında uğurlar arzu edib, əldə etdikləri yüksək nəticəyə görə onları təbrik edib. Şəki RTŞ-nin müdiri S.İsmayılova öz çıxışında rayonunun son dövrlər təhsilində baş verən yeniliklərdən, dövlətin təhsilə qayğısından, şagird və məzunların yüksək nəticələrindən söz açıb.

            Məzunlardan 1279 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 888 nəfəri Respublikamızın müxtəlif ali məktblərinə qəbul olublar. Bu məzunlardan Aytac Hüseynli, Ayşən İmamverdiyeva, Fərda Kərimov, Yusuf Xəlil “qızıl medalla” təltif ediliblər.1 məzun 700 bal, 81 məzun 600 baldan çox, 215 məzun isə 500 baldan yuxarı nəticə göstərib.

Şəki təhsilinə öz töhfəsini  vermiş, ali məktəblərə qəbul olub tələbə adını qazanmış bütün məzunlarımızı, onların müəllimlərini və valideynlərini təbrik edir, elmin gələcək çətin yollarında hər birinə uğurlar arzu edirik.


Açar sözlər: ,  ,