03.09.2018

Şəki rayon Baş Zəyzid kəndində yeni məktəb binası tikilib

Şəki rayon Baş Zəyzid kəndində 624 nəfərlik yeni məktəb binası tikilib. Məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb. Sahəsi 2.5 hektarlıq ərazidə yerləşən məktəbin 25 otağı, 6 labaratoriyası, 1 hərbi hazırlıq kabineti, akt zalı, kitabxana və oxu zalı, informatika kabineti və idman zalları artıq hazırdır. Məktəb eyni zamanda qazla qızdırılacaq qazanxana, sanitar qovşaqlarıyla təchiz olunub. Orta təhsil müəssisəsi yeni tədris ilindən etibarən şagirdlərin istifadəsinə veriləcək.


Açar sözlər: