31.08.2018

Məktəblər yeni dərsliklərlə təmin edilir

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün  metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq  Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatının təşkili həyata keçirilir.

Belə ki, bu il təhsil şöbəsinə 105374 kitab və 4763 metodik vəsait, ümumilikə 110137 kitab gətirilib. 

Qeyd edək ki, dərsliklərin məktəblərə çatdırılması işi yekunlaşıb və bütün məktəblər kitablarla təmin edilib. Yeni tədris ili başlayana qədər şagirdlər kitablarla təmin ediləcək.


Açar sözlər: ,  ,