29.08.2018

880 məzun tələbə adını qazanıb

2017-2018-ci tədris ilində Şəki rayon təhsil müəssisələrində ali məktəbə daxil olmaq üçün sənəd vermiş 1279 məzunlardan 880 məzun ali təhsil müəssisələrinə qəbul olub. Bu məzunlardan Aytac Hüseynli, Ayşən İmamverdiyeva, Fərda Kərimov, Yusuf Xəlil “qızıl medalla” təltif ediliblər.1 məzun 700 bal, 81 məzun 600 baldan çox, 215 məzun isə 500 baldan çox nəticə göstərib,

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərini 1740 nəfər şagird bitirib. Onların 880 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Ötən il isə 1694 şagird bitirib. Onlardan 546 nəfər ali təhsil müəssisələrinə qəbul olub.


Açar sözlər: ,  ,