28.08.2018

Yeni tədris ilinin ilk iclası keçirilib

Şəki Şəhər Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Giriş sözü ilə çıxış edən RTŞ-nin müdiri Südabər İsmayılova şura iclasının gündəliyində duran məsələlər haqqında qısa məlumat verərək, təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən danışıb.

Daha sonra Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı nəticələri barədə, sentyabr konfransı, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, məktəblərin dərsliklərlə təminatı və digər məsələlər müzakirə olunub.

Sonda məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: ,