28.06.2018

Buraxılış imtahanının ikinci mərhələsi keçirilib

İyunun 27-də Şəki rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri buraxılış imtahanları veriblər.  İmtahanda  IX sinif üzrə 2019, XI sinif üzrə isə 1740 şagird, ümumlikdə 3759 nəfər şagird iştirak edib.

IX sinif şagirdləri ana dili və riyaziyyat olmaqla iki fəndən, XI sinif şagirdləri isə ana dili, riyaziyyat və xarici dil olmaqla 3  fəndən imtahan veriblər.

Qeyd edək ki, IX sinif şagirdləri buraxılış imtahanını iki mərhələ şəklində veriblər.

İmtahanda şagirdlər hər bir fənn üzrə 30 qapalı tipli test tapşırığı yerinə yetiriblər. Bundan əlavə, fərqlənmə attestatı almaq istəyən və təhsil göstəriciləri buna imkan verən XI sinif şagirdləri təqdim edilmiş mövzu üzrə esse yazıblar. İmtahanın müddəti XI siniflər üçün  2 saat 45 dəqiqə, IX siniflər üçün isə 1 saat 30 dəqiqə təşkil edib

 


Açar sözlər: ,  ,