Yaxşı müəllim neçə-neçə nəsillərin yetişməsinə töhfə verir, xalqın, elin-obanın sevimlisinə çevrilir. Bu mənada haqqında söhbət açdığımız Dursun Cavadova yaxşı bir nümunədir.
D.Cavadova 1956-cı ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1962-1970-ci illərdə Kiş kənd 8 illik məktəbdə təhsil alıb. 8-ci sinfi əla qiymətlərlə bitirərək Şəki Pedoqoji Texnikumuna daxil olub. 1974-1975 -ci ildə Şəki Pedoqoji Texnikumunda təhsil alıb. Kiş kəndində müəllim kimi fəaliyyətə başlayıb.1985-ci ildə Azərbayacan Pedoqoji İnstitutuna daxil olub. 1989-ci ildə ali təhsilinin fərqləndirmə diplomu ilə başa vurub.
Hazırda Şəki şəhər H.Əliyev adına 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
Peşəkar müəllim "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalında, " Azərbaycan Müəllimi" qəzetində "Şagirdlərim və mən", "Şəki təhsili" qəzetində "El üçün yanan insan" məqalələri ilə çıxış edib.
2018-ci il 1 martda Azərbaycan Respublikasının Prezdenti İlhan Əliyev 3728 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bu təltifi bütün fəaliyyətinə verilmiş ən yüksək dəyər kimi qəbul edən D.Cavadova bu günlərdə daha da fəal və təşəbbüskar görünür.
Baki şəhərində 2007 - ci ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş təlim kursunu uğurla başa vuraraq, serftifikat alıb. 2008-2009-cu dərs ilində birinci sinifdə işləyəcək müəllimlər üçün yeni fənn-kurikumlarının tədbiqi sahəsində təlim kurslarında treyner olub.
Məktəb rəhbərliyi tərəfindən dəfələrlə Diplom və Fəxri fərmanla təltif olunub.
Neçə-neçə yetirmələri ilə haqlı olaraq fəxr edən D.Cavadova bu gün də yüksək həvəslə çalışır, öz bilik və bacarığını gənc müəllimlərə öyrədir. Səmərəli fəaliyyətinə görə ona edilən hər bir təşəkkürə isə, "işimizdir" deyərək cavab verir. Bu gün bütün cəmiyyətin qibtəylə baxdığı əsil müəllim kimi...