20.06.2018

Şagirdlər Şəki xan sarayına və Şəhidlər xiyabanına ekskursiya ediblər

Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Şəki xan sarayına və Şəhidlər xiyabanına  ekskursiya ediblər.

Ekskursiyanın məqsədi, məktəblilərin tətil günlərini səmərəli keçirməsi və qədim memarlıq abidələri ilə yaxından tanış olmaq məqsədi ilə həyata keçirilib.

Şagirdlər Şəki xan sarayına ekskursiya etdilər. Sarayın neçənci əsrə aid olması və kimin tərəfindən tikilməsi haqqında məlumatlar aldılar. Həmçinin sarayın həyətindəki 1 əsrdən çox yaşı olan qədim ağac, naxışlı, şüşələr şagirdlərdə xususi maraq yaratdı.

Sonra Şəhidlər xiyabanına gələn şagirdlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.


Açar sözlər: ,