14.06.2018

Rayon ümumi orta təhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib  

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Şəki rayon məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlərdə Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər.

Tədbirlər Təhsil naziri Ceyhun Bayramovun  12  iyun 2018-ci il tarixli F-431 nömrəli əmrinə əsasən hər bir ümumtəhsil məktəbinin ərazisində qeyd olunub.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunublar.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Şəki rayon ümumtəhsil məktəblərinin IX siniflərini 2019 nəfər, XI siniflərini 1740 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 2471 nəfərdir.