12.06.2018

Şəki Rayon Təhsil Şöbəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 3759 şagird bitirəcək

2017-2018-ci tədris ilində Şəki Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 2019, XI siniflərini 1740 nəfər bitirəcək. Rayonda 2471 nəfər I sinfi, başa vuracaq. Cari tədris ilində Şəki Rayon Təhsil Şöbəsinin tabeliyində olan 96 ümumi təhsil məktəbində 1655 sinifdə 26762  şagird təhsil alıb.

2017-2018-ci tədris ilində rayon üzrə 76 ümumi təhsil məktəbində fəaliyyət göstərən 117  məktəbəhazırlıq qrupunu 2032 uşaq başa vurub.

Şəki Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 3503 müəllim fəaliyyət göstərir.

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və  2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.

 

           

 


Açar sözlər: ,