08.06.2018

Şagirdimiz III dərəcəli diplomla təltif olunub

İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.

Müsabiqənin nəticələrinə görə Şəki şəhər Fizika-riyaziyyat və humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysel Həmidova III dərəcəli diplomla təltif olunub.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.


Açar sözlər: ,