07.06.2018

Maarifləndirici seminar təşkil olunub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctami Qurumlarla Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev  Şəki şəhər 10 nömrəli tam orta məktəbdə  müəllim və şagirdlərlə görüş keçirib.

Tədbirdə BDYPİ Şöbə rəisi, Rüfət Quliyev, BDYPİ-nin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctami Qurumlarla Əlaqələr Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystan, Şəki Şəhər-Rayon Polis Şöbəsinin DYP Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev,  Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və məktəbin X-XI sinif şagirdləri və müəllimləri iştirak ediblər. 

Görüşün məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasından ibarətdir.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş olunub.
            Daha sonra məktəbin şagirdləri yol hərəkəti qaydalarıyla bağlı müxtəlif şeirlər, mahnılar səsləndirib, səhnəciklər göstəriblər. 

Sonda tədbirdə iştirak edən şagirdlərə “Yol təhlükəsizliyi əlifbası” kitabı hədiyyə edilib.


 


Açar sözlər: ,  ,