05.06.2018

“Əlvida ibtidai sinif”

İyunun 5-də Şəki şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mətanət İsmayılovanın təşkilaçılığı ilə IVd sinifındə “Əlvida ibtidai sinif” adlı tədbir keçirilib.

Təbdirdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən məktəbin direktoru şagirdləri ibtidai sinfi bitirmələri münasibətilə təbrik edib.

Daha sonra şagirdlər dörd il ərzində öyrəndikləri bilikləri nümayiş etdiriblər. Eyni zamanda “Qoğalın nağılı”, “Ana əsgər gedirəm” adlı ədəbi-bədii kompozisiyaları təqdim edib, müxtəlif xalqların milli rəqslərini nümayiş etirib, şeirlər söyləyib və mahnılar oxuyublar.

 


Açar sözlər: ,  ,