04.06.2018

Şəki rayonu üzrə fənn müsabiqəsində 300-dək şagird iştirak edib

İyunun 3-də Şəki rayon ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Birinci mərhələdə şagirdlərə məntiqi təfəkkürü, qeyri-standart düşünmə qabiliyyətini müəyyən edən 50 tapşırıq təqdim edilib. Müsabiqənin ikinci - final mərhələsində fənn və məntiq olmaqla tapşırıqlar təqdim ediləcək.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd aşağı sinif şagirdlərin fənlərin dərindən öyrənmələrinə maraq yaratmaq, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin gələcək nümayəndələrini - namizədlərini müəyyən etməkdən ibarətdir.


Açar sözlər: ,  ,