30.05.2018

Riyaziyyat gecəsi keçirilib

Şəki şəhər 11 mömrəli  tam orta məktəbin VIIIa sinifində Riyaziyyat gecəsi keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Çıxış edən məktəbin direktoru Ədalət Sədiyeva  riyaziyyat elminin cəmiyyətdəki əvəzsiz rolundan söhbət açıb.

Tədbirin gedişatında əvvəlcədən hazırlanmış slayd təqdim olunub. Daha sonra bədii hissə başlayıb. Sagirdlər “Rəqəmlərin müqayisəsi”, “Fənlərin mübahisəsi”, “Həndəsi qurultay”, “Qızıl nisbət” və s. mövzularda hazırladıqları səhnəcikləri tədbir iştirakçılarına nümayiş etdiriblər.

Riyaziyyat gecəsi şagirdlərin ifasında mahnı və rəqslərlə başa çatıb.

 

 


Açar sözlər: ,  ,