Şəki şəhəri 21 nömrəli tam orta məktəbdə "Əlifba bayramı" tədbiri keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb kollektivi, 1- ci sinif şagirdləri və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Eldəniz Sadıqov yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib.
Birincilərin müəllimləri körpələrin ilk sevinci - Əlifba bayramı münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb.
"Əlifba bayramı" birincilərin ifasında ədəbi - bədii kompozisiyalarla başa çatıb.