29.05.2018

“Əlifba bayramı” keçirilib

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə 1a və 1d siniflərində Əlifba bayramı keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə ana, vətən, torpaq məhəbbətini aşılamaq, onların qazandıqları bilik və bacarıqlara qiymət verməkdir.

“Əlifba bayramı”nda böyük sevinclə məharətlərini nümayiş etdirən birincilər şerilər söyləyib, mahnılar ifa ediblər. Tədbirdə çıxış edən məktəb rəhbərliyi və valideynlər birincilərə təbriklərini çatdırıb, qarşıdakı tədris ilində onlara uğurlar arzulayıblar.

“Əlifba bayramı” birincilərin rəqs və mahnı kompozisiyaları ilə sona çatıb.


Açar sözlər: ,  ,