Şəki şəhər 21 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Şəki Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm və yol hərəkəti qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə təhsil şöbəsinin nümayəndələri, Şəki Şəhər-Rayon Polis Şöbəsi rəsi müavini Vüqar Xəlilov, Şəki rayon prokurorunun müavini Vüqar Haciyev, ”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Anar Xalıqov, məktəb rəhbərliyi, müəllim və X, XI sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil şöbəsinin nümayəndəsi Anar Məmmədov qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb.
Daha sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi müavini Vüqar Xəlilov “Narkamaniyaya yox deyək”, Şəki Rayon prokurorunun müavini Vüqar Haciyev “Dini radikalizim qarşı mübarizə” , Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Anar Xalıqov “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkəti qaydaları” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarının fikirləri dinlənilib.