Şəki şəhəri 1 nömrəli tam orta məktəbdə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Cabbaova qeyd edib ki, Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın hiss olunur. Şeirlərində əks olunan türkçülük ideyaları amansız taleyin sərt qaydalarına dirənən qısa şair ömrünün ən mənalı fikirləridir.
Gecədə iştirak edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri şairin həyatı və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriblər.
Daha sonra tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.