Şəki şəhər 18 nömrəli tam orta məktəbdə məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.
Dövlet Himni ilə başlayan tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.
Daha sonra şagirdlərin ifasında müstəqilliyə, vətənpərvərliyə həsr edilmişə dəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar söyləyib, rəqslər ifa ediblər.