Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən "Ədəbiyyat biliciləri" respublika müsabiqəsinin rayon turunun qaliblərinin təltifetmə mərasimi keçirilib.
Təltifetmə mərasimində təhsil şöbəsinin əməkdaşları, müsabiqənin rayon turunun qalibləri və onların müəllimləri iştirak ediblər.
Təhsil şöbəsinin Əmrinə əsasən dörd nəfər I yer, beş nəfər II yer, altı nəfər III yerə sahib olan şagirdlər fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, rayonu 17 mart tarixində müsabiqənin Bakıda keçirilmiş respublika mərhələsində iki şagird ― şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Günel Məmmədova və şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyin X sinif şagirdi Aysel Həmidova təmsil edib.