15.05.2018

“Sən məni yad etsən”

Mayın 15-də Şəki şəhər 21 nömrəli tam orta məktəbdə Hikmət Ziyanın yaradıcılığına həsr olunmuş “Sən məni yad etsən” adlı xatirə gecəsi keçirilib.

Tədbirdə təhsil şöbəsinin nümayəndələri, şairin ailə üzviləri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər kollektivi iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması, onlarda bədii qiraət bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Keçirilmiş tədbirdə ilk olaraq Hikmət Ziyanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verilib. Daha sonra məktəbin şagirdləri tərəfindən Z. Hikmətin  “Şuşa mənim olmuş, mənimdir yenə”, “Qarabağ”, “Birinci zəng”, “Vətənim”, “Eybsiz meymun”  şeirləri səsləndirilib, mahnı, kompazisiya və səhnəciklər nümayiş etdirilib.

Sonda şairin ailə üzvi olan Qoşqar Novruzov məktəb rəhbərliyinə öz təşəkkürünü bildirib.

           

           

 


Açar sözlər: ,  ,  ,