14.05.2018

Fizika fənnindən açıq dərs keçirilib

Mayın 14-də Şəki rayon Aydınbulaq kənd tam orta məktəbin VII sinfində fizika müəllimi Fatimə Mösümova tərəfindən açıq dərs keçirilib.

“Mexanikanın qızıl qaydası” mövzusunda keçirilən dərsdə mövzunu daha aydın dərk etməyə yardımçı vasitə kimi  proektor vasitəsi ilə video çarxlar və şəkillərdən istifadə edilib.

Şagirdlər “Bloklar”, “Ling” olmaqla 2 qrupa bölünüblər, qruplara təqdim olunan tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.

Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən müəllimlər dərsi təhlil edərək, məsləhət və tövsiyələrini bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,