Mayın 5-də keçirilən Respublika fənn olimpiadalarının final turunda Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan 19 şagird iştirak edib. Nəticələrə əsasən onlardan 6 nəfəri medal qazanıb.
Məlumat üçün qeyd edək ki, fənn olimpiadalarının final mərhələsində ölkə üzrə 780 nəfər şagird iştirak edib. Bu mərhələdə şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetiriblər.
Respublika fənn olimpiadalanrının final turunda medal qazanan şagirdlərin siyahısı:
Fərda Kərimov - Şəki şəhər 19 nömrəli tam orta məktəbin XI sinif şagirdi. Coğrafiya fənni üzrə birinci yerə çıxaraq qızıl medal mükafatçısı olub.
Aytac Hüseynli - Şəki şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi. Tarix fənni üzrə ikinci yerə çıxaraq gümüş medal mükafatçısı olub.
Arzu Musayeva - Şəki şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi. Biologiya fənni üzrə ikinci yerə çıxaraq gümüş medal mükafatçısı olub.
Cavid Həsənov - Şəki şəhər 14 nömrəli tam orta məktəbin IX sinif şagirdi. Coğrafiya fənni üzrə ikinci yerə çıxaraq gümüş medal mükafatçısı olub.
Yusuf Xəlil - Şəki şəhər Fizika-riyaziyyat və humanitar fənlər təmayüllü liseyin XI sinif şagirdi. Fizika fənni üzrə üçüncü yerə çıxaraq bürünc medal mükafatçısı olub.
Nilufər Mirzə - Şəki rayon I Biləcik kənd tam orta məktəbin X sinif şagirdi. Azərbaycan dili və ədəbiyyat fənni üzrə üçüncü yerə çıxaraq bürünc medal mükafatçısı olub.