10.05.2018

“Azərbaycanın Günəşi” adlı tədbir keçirilib

Mayın 10-da Şəki şəhər 18 nömrəli tam orta məktəbin II sinif şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanın Günəşi” adlı tədbir keçirilib.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildirib ki, dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulayıblar.

Tədbirdə şagirdlər Azərbaycan dövlətinin qurucusu və memarına həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstərib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.

Tədbirdə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin  şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

           

 


Açar sözlər: ,  ,  ,