Şəki şəhər 5 nömrəli tam orta məktəbdə “9 May-Qələbə Günü” münasibətilə anım mərasimi keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, vetranlar, hərbiçilər, məktəb rəhbərliyi, müəllimlər və şagird kollektivi iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra 1941-1945-ci illər müharibəsində həlak olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükütla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Filyar İbrahimova əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırdı.
Sonra məktəbin şagirdləri qələbəni əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış etdiblər.
Sonda qonqlara Əhmədiyyə Cəbrayılovun müharibədə göstərdiyi qəhramanlığı əks etdirən videoçarx nümayiş etdirilib.