Şəki şəhəri 18 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Zərinə Cavadova, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, məktəbin müəllimləri və Şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov ulu öndər Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb. V. İsgəndərov ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ulu öndərin ildönümünün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.
Daha sonra məktəbin şagirdləri ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan şeirlər səsləndirib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər