Şəki rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəal üzvü Səid Abdulrahmanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən respublika təsviri sənət müsabiqəsində iştirak edib.
Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə olan marağı artırmaq və məktəblilərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır.
10-17 yaş arası uşaqlar və gənclər arasında keçirilən müsabiqədə II yerə layiq görülən A.Səid Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş diplom və hədiyyələrlə mükafatlandırılıb.