Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbinin bir qrup şagirdləri tarix müəllimi Xəyalə Abdullayevanın təşkilatçılığı ilə Alban məbədinə ekskursiya ediblər.
Ekskursiyanın məqsədi, şagirdlərin əldə etdikləri bilikləri möhkəmləndirmək, qədim memarlıq abidələri ilə yaxından tanış olmaq məqsədi ilə həyata keçirilib.
Ekskursiya zamanı şagirdlərə Alban məbədi haqqında məlumat verən tarix müəllimi Xəyalə Abdullayeva bildirib ki, məbəd kifayət qədər inkişaf etmiş konstruktiv və dekorativ xüsusiyyətlərinə görə XII-XIII əsrlərdə Qafqaz Albaniyasında xristian memarlığının ikinci çiçəklənmə dövrünün əvvəllərində inşa edilmiş abidələrə aid olduğunu bildirib.
Ekskursiyanın sonunda şagirdlər məbədin qarşısında xatirə şəkili çekdiriblər