Şəki şəhər 9 nömrəli tam orta məktəbdin VIII sinifində Azərbaycan tarixi müəllimi Tünzalə Bədəlova tərəfindən “Gülüstan müqaviləsi" mövzusunda açıq dərs keçirib. Təhsil şöbəsinin məsul işçilərinin, məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə keçirilmiş dərsdə müasir təlim üsullarından, iş vərəqələrindən və digər resurslardan səmərəli istifadə olunub, mövzuya uyğun hazırlanmış slaydlar nümayiş etdirilib.
Şagirdlər “Azadlıq”, “Müstəqillik”, “Müasirlik” adlı qruplara bölünərək “Gülüstan müqaviləsi bağlanmaqla hansı müharibənin qutarması oldu?” tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.
Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən müəllimlər dərsi təhlil edərək müəllimə məsləhət və tövsiyələrini bildiriblər