02.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Şəki rayonu Bideyiz kənd tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edən təhsil şöbəsinin müdiri Südabər İsmayılova Azərbaycan Xalq  Cümhuriyyətinin yarandığını və 23 aylıq qısa bir dövr ərzində köklü islahatlara imza atdığını, sosial, iqtisadi, təhsil və digər sahələrdə nailiyyətlər əldə etdiyini bildirib.

Daha sonra məktəb direktoru çıxış edərək Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin  ən  şərəfli səhifələrindən biri olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

Sonda şagirdlərin ifasında vətənə,müstəqilliyə həsr olunmuş müxtəlif şerlər və mahnılar ifa olunub.

 


Açar sözlər: ,  ,