Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbir məktəbin tarix müəllimi Zaur Müslimov və Arzu Əzizovanın təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Zərinə Cavadova, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəbin müəllimləri və Şagird kollektivi, həmçinin valdeyinlər iştirak edib.
“Bu canım qurban olsun doğma Azərbaycana, kəşfiyyata gedirəm salamat qal ay ana!” adlı anım tədbiri Dövlət himninin səsləndirilməsi və 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan Aprel döyüşlərinə həsr edilmiş mərasimlərin keçirilməsinin gənclərdə mübarizə ruhu və yüksək vətənpərvərlik hissi yaratdığını diqqətə çatdırıblar.
Tədbirdə Aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına həlak olan şəhid Aqşin Abdullayev, Orxan Hümmətov və Elnur İsgəndərov həyatından bəhs edən videoçarx izlənilib.
Daha sonra anım tədbirində Aprel döyüşlərinə həsr edilmiş ədəbii-bədii kompozisiyalar nümayiş olunub, şeirlər səsləndirilib.