Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Şəki Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə “Narkomaniya, erkən nikah, dini radikalizm və yol hərəkəti qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil şöbəsinin nümayəndəsi Anar Məmmədov qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb.
Daha sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev “Narkamaniyaya yox deyək”, Şəki Rayon Prokuroru Elmar Camalov “Dini radikalizim qarşı mübarizə” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkəti qaydaları” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Sonra Şəki şəhər 11 nömrəli tam orta məktəbin direktoru Ədalət Sədiyeva öz çıxışı zamanı çalışdığı məktəbdə belə tədbirin keçirilməsinin olduqca əhəmiyyətli olmasını vurğulayıb, qonaqlara öz təşəkkürünü bildirib.
Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarının fikirləri dinlənilib.