25.04.2018

“İkinci dünya müharibəsi və Azərbaycan” mövzusunda açıq dərs keçirilib

Çayqaraqoyunlu kənd tam orta məktəbin V sinifində tarix fənnindən “İkinci dünya müharibəsi və Azərbaycan” mövzusunda açıq dərs keçirilib.

Fənn müəllimi Leyla Lətifova tərəfindən keçirilən dərsdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və müəllimlər qonaq qismində iştirak ediblər.

Şagirdlər “Azərbaycan”, “Vətən”, “Qələbə”, “Partizan” adlı 4 qrupa bölünüblər. Təqdim olunmuş “İkinci Dünya müharibəsinin başlıca xüsusiyyətləri və müharibədə Azərbaycanın iştirak səbəbləri?” tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən sual cavablandırılıb.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin sonda təhsil şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən dərsin gedişatı müzakirə edilib.


Açar sözlər: ,  ,  ,  ,