20.04.2018

“Şan və şərəf dolu istiqlal tariximiz”

Şəki şəhər 12 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Şan və şərəf dolu istiqlal tariximiz” adlı tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Türabə Hümmətova açaraq Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamını xatırladıb. O, həmçinin ölkə başçısı tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu və bu istiqamətdə məktəbdə  tədbirl hazırlandığını bildirib.

Çıxış edənlər bildiriblər ki,  AXC-nin 23 aylıq qısa bir dövr ərzində köklü islahatlara imza atdığını, sosial, iqtisadi, təhsil və digər sahələrdə nailiyyətlər əldə edib.

Daha sonra şagirdlər hazırladığı müstəqilliyə həsr olunmuş şeir, mahnı, kompozisiya və səhnəciklərlə davam etdiriblər.


Açar sözlər: ,  ,