19.04.2018

Ucqar kəndin gənc müəllimi: ”Öyrətmək və öyrənməkdən zövq alıram”

Nuranə Yusifli 1994-ci ildə Şəki rayonunun Turan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini elə həmin qəsəbədə yerləşən məktəbdə başa vurub. 2011-2014-cü illərdə Sumqayıt dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Hazırda Şəki rayon Aran kənd tam orta məktəbində kimya müəllimi işləyir. 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin İçə Qəbulu imtahanında iştirak edərək 60 bal toplayıb. Uşaqlıqdan arzuladığı müəllimlik peşəsinə yiyələnmiş N,Yusiflinin pedaqoji fəaliyyəti ilə bağlı təəssüratlarını öyrənmək üçün dərs dediyi məktəbdə olduq və suallarımıza cavab aldıq. Ucqar kəndin gənc müəllimi bu peşənin müqəddəsliyindən söz açaraq söhbətə körpü saldı.

Nuranə xanım, müəllim peşəsinə sizdə maraq nece yaranıb?

Müəllimlik mənim uşaqlıq arzularımdan biridir. Çətin və məsuliyyətli peşə olmasına baxmayaraq, öyrənmək və öyrətməkdən zövq alıram. Kimya fənninin maraqlı və əhəmiyyətli fənn olduğunu şagirdlərimə sevərək öyrədirəm.

İlk dərs gününüz nece keçdi?

İlk dərs günümdə həyacanlı idim. Necə davranacağımı, nə edəcəyimi o qədər də dəqiq bilmirdim. Bu həyacan sinif qapısından içəri girənə kimi oldu.Bir daha təkrar olmadı.

Tədris prosesində həftənin, ayın qalibini seçmək üçün yarışlar keçiririk. Çagirdlərlə tez-tez qrup işlərindən istifadə edirik.

Müəllim olmaq istəyənlərə tövsiyəniz varmı?

`Əgər bu peşəni ürəkdən istəyirsinizsə, qarşınızı heç nə kəsə bilməz. Səbir və həvəsiniz, ən əsası peşənizə sevginiz varsa, sizə bu işdə uğurlar..!

Bu gün müəllim nüfuzunun yüksəldilməsi əsas müzakirə mövzularından biridir. Sizcə, müəllim nüfuzlu olmaq üçün nə etməlidir?

Bəli, müəllim ilk növbədə cəmiyyətimiz üçün dəyər meyarı, sözün həqiqi mənasında, yolgöstərəndir. Müəllim nüfuzunun qorunması və yüksəldilməsi ümumilikdə cəmiyyətdən, valideynlərdən və ən əsası da müəllimlərin özündən asılıdır. Müəllim istənilən şəraitdə öyrədici funksiyasını yerinə yetirməlidir. Səmimi və dürüst olmalı, üzərinə düşən vəzifənin məsuliyyət və müqəddəsliyini anlamalıdır.


Açar sözlər: ,  ,