18.04.2018

Şahmat yarışı keçirilib

Şəki Şəhər Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin təşkilatçılığı ilə Şəki rayon ümümtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Oyunun nəticələrinə əsasən Şəki şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Əmrahlı Murad l yer, Şəki şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Nağıyev Asif ll yerə, Şəki şəhər Fizika-riyaziyyat və humanitar fənlər təmayüllü liseyin müəllimi Nağıyev Vaqif isə lll yerə layiq görünüb.

Qaliblər diplom və hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,