Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.
7 aprel tarixdə keçirilən yarımfinal mərhələsində Şəki rayon ümumtəhsil məktəblərindən 122 şagird biliyini sınayıb. Nəticələrə əsasən isə onlardan 18 nəfəri final turuna vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadada respublika üzrə ümumilikdə 5056 şagird iştirak edib, onlardan 687 nəfəri final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.
Şəki rayonu üzrə Respublika fənn olimpiadalarının final turuna vəsiqə qazanan şagirdlərin siyahısı