Şəki şəhərində Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Rossotrudniçestvo”nun nümayəndəliyi tərəfindən rus dili və ədəbiyyatı üzrə X Olimpiada keçirilib. Olimpiadada Zaqatala, Balakən, Qax və Şəki məktəbliləri iştirak edib. Azərbaycan və rus dillərində təhsil alan VII və VIII sinif şagirdlərinin qatıldığı olimpiadanın keçirilməsində məqsəd rus dilinin tədrisi keyfiyyətini yüksəltmək və şagirdlərin bu dilə olan marağını artırmaqdır.
Olimpiadanın açılış mərasimində Rusiya səfirliyinin məsləhətçisi Denisov Valentin Petroviç, Alenina Olesya İqorevna, Zaqatala, Balakən RTŞ-nin və Şəki ŞTŞ-nin əməkdaşları, rus dili müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirin birinci mərhələsində şagirdlərə test sualları təqdim olunub, ikinci mərhələdə isə şagirdlərin natiqlik qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Sonda iştirak edən bütün şagirdlər sertifikat və döş nişanı ilə təltif olunub.