Şəki şəhəri N. Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə kimya fənnindən açıq dərs keçirilib. Alagöz Məmmədova tərəfindən X sinifdə keçirilən dərsin mövzusu “Alkenların alınması” olub.
Müasir təlim metodları ilə keçirilən dərsdə şagirdlər “Etilen”, “Metan”, “Alkan”, “Etan” adlı qruplara bölünərək müəllimin verdiyi çalışma üzərində işləyib, təqdimatlar ediblər.
Sonda müşahidəçi qismində iştirak edən müəllimlər tərəfindən açıq dərs müzakirə edilib. Dərsin yüksək səviyyədə təşkil edilməsi və şagirdlərin kimya fənnindən yüksək bilik nümayiş etdirdikləri qeyd olunub.