Aprelin 3-də Şəki rayonu Çeşməli kənd tam orta məktəbdə “Nə? Harada? Nə zaman?” intellektual oyunun II turu keçirilib.
Tədbirin keçirilməsində məqsəd belə oyunların yeniyetmələr arasında təbliği, məktəblilərin dünyagörüşünün yüksəldilməsi, intellektual oyunlar vasitəsilə yeniyetmələrə yeni biliklərin verilməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Tədbirdə 4 komanda iştirak edib. Məktəbin “Dominion” komandası birinci yer, “Atəş” komandası ikinci yer, “Şəfəq” komandası isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, final may ayında keçiriləcək.