Şəhər 12 nömrəli tam orta məktəbdə 31Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər.
Vətən uğurunda şəhid olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.
Məktəbin tarix müəllimi Elşən Qarayev çıxışında bildirib ki, Azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burda “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Baki, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda Lənkaranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli məsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.
Daha sonra izləyicilərə baş vermiş soyqırımla bağlı videoçarx təqdim edilib. Tədbirin gedişatında məktəblilərin ifasında şerlər səslənib. Sonda isə şagirdlər ermənilərin xalqımızın başına indiyə qədər gətirdiyi vəhşiliklər, qətliyam və torpaqlarımızın işğal edilməsi ilə bağlı fikirlərini bildiriblər.