Martın29-da “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirci tur-aksiyası sona çatıb.
Martın 27-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayon ümumi təhsil məktəblilərindən ibarət 40 nəfərlik şagird qərb bölgəsinə yola salınıblar.
Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailliyətlərimizi dərindən öyrənmək, onların dünya görüşlərini dərindən zənginləşdirilməsindən ibarətdir.
Martın 29-da şagirdlər rayonuna geri qayıdıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası ildə iki dəfə təşkil edilir.