28.03.2018

“Narkomaniya, erkən nikah, dini radikalizm və yol hərəkəti qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib

Şəki rayon ümumtəhsil məktəblərində “Narkomaniya, erkən nikah, dini radikalizm və yol hərəkəti qaydaları” mövzularında maarifləndirici tədbirlər davam etdirilir.

Növbəti maarifləndirici tədbir Köndələn kənd tam orta məktəbdə təşkil olunub. Tədbirdə Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Şəki Rayon Prokurorluğunun əməkdaşları, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil şöbəsinin nümayəndəsi Anar Məmmədov qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb. 

Daha sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini Vüqar Xəlilov “Narkamaniyaya yox deyək”, Şəki rayon prokurorunun müavini Vüqar Haciyev “Dini radikalizim qarşı mübarizə” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkəti qaydaları” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.      

 


Açar sözlər: ,  ,