16.03.2018

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Hüseyin Cavidin 135 illiyi ilə əlaqədar tədbir keçirilib          

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Hüseyin Cavidin 135 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində məqsəd, şagirdlərdə ədəbiyyat fənninə maraq yaratmaq, onlarda dünyagörüşün inkişaf etdirilməsi, əsərlərdən müəyyən hissələri səhnələşdirməklə bədii qiraət bacarıqlarının təkimləşdirməkdən ibarətdir.

Keçirilmiş tədbirdə ilk olaraq Hüseyin Cavidin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verilib. Daha sonra məktəbin VII, VIII və XI sinif şagirdləri tərəfindən H. Cavidin “Qız məktəbdə”, “Şərq qadını” “Mənim tanırım gözəldir, sevgidir” şeiri, “İblis” əsərindən iblis monoloqu, “Kor ərəb” mahnısı və şeirləri səsləndirilib.