06.03.2018

Bir qrup təhsil işçisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə mükafatlandırılıb

Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin rəhbərliyi, Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin rəhbərliyi və bir qrup qabaqcıl müəllim iştirak edib.

Giriş sözü ilə çıxış edən təhsil şöbəsinin müdiri Südabər İsmayılova qadınların cəmiyyətimizdəki rolundan, təhsilin, elm və mədəniyyətin inkişafındakı xidmətlərindən danışıb.

Daha sonra çıxış edənlər təhsil müəssisələrində, şərəfli müəllim peşəsində çalışan qadınları əlamətdar bayram münasibəti ilə təbrik ediblər.

Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində fərqlənən bir qrup təhsil işçisinə həmkarlar təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.


Açar sözlər: ,